Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Suriyada itkin düşmüş şəxslərin araşdırılması ilə məşğul olacaq təşkilatın yaradılacağını təsdiqləyib.
Bu barədə BMT-nin Baş Assambleyası qətnamə qəbul edib.
Suriya, Rusiya və Çin qərara qarşı əleyhinə səs veriblər.
Qətnamədə BMT Baş Assambleyasının Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünü tanıdığı bir daha qeyd olunub.
Suriyadakı ailələrin itkin düşənlərin yaxınlarının taleyindən xəbər tutmaq haqqına malik olduğu qeyd edilərək ailələrin əzablarının yüngülləşdirilməsində indiyədək çox az irəliləyiş əldə olunduğu bildirilib.
Qətnamədə itkin düşənlərin taleyini öyrənmək və sağ qalanlara dəstək vermək üçün BMT-nin himayəsi altında Suriyada İtkin Şəxslərin Araşdırılması üzrə Müstəqil Təşkilatın yaradılması qərara alınıb.
Xatırladaq ki, 2023-cü ilin mart ayında BMT-nin baş katibi Antonio Quterreş BMT Baş Assambleyasını Suriyada itkin düşmüş şəxslərin taleyini və harada olduqlarını müəyyən etmək və həlak olanların yaxınlarına dəstək vermək üçün yeni beynəlxalq təşkilat yaratmağa çağırmışdı. Vəziyyətin aktuallığını vurğulayan A.Quterreş "Təxminən 100 min suriyalının taleyi və harada olduğu naməlum olaraq qalır. Bu ağrılı vəziyyəti həll etmək üçün qətiyyətli və sürətlə hərəkət etməliyik" -deyə bildirmişdi.
Suriyada İtkin Şəxslərin Araşdırılması üzrə Müstəqil Təşkilat yaradılır
30
iyun
17:53
Qarabağ
KOMMENTLƏR
Ukraynada itkin düşənlərin sayı açıqlandı
Suriyada zəlzələdə ölənlərin sayı 5800-ü ötdü
Müdafiə Nazirliyi itkin düşmüş hərbçilərin sayını açıqladı - FOTO
Ukrayna müharibəsində ölən və itkin düşən azərbaycanlıların sayı məlum oldu
Qarabağ döyüşlərində itkin düşənlərin siyahısı Azərbaycana təqdim edildi
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı