Çexiya hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “qanuni oğru”nu Ermənistana ekstradisiya edib. Çexiya hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən “qanuni oğru”nu Ermənistana ekstradisiya edib.
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
İstintaqla müəyyən edilib ki, Gürcüstan vətəndaşı V.A. 2016-cı ilin mart ayında Ermənistanda olarkən, İrəvandakı restoranlardan birində bir qrup şəxslə əlbir olaraq, özünü “qanuni oğru” kimi təqdim edərək, vətəndaşlardan birini ailə üzvlərinə qarşı zor tətbiq etməklə hədələyib və 9,6 milyon dram (20 min dollar) tələb edib.
Zərərçəkmişin restorana “Range Rover Sport”la gəldiyini öyrəndikdən sonra o, maşının açarlarını alıb.
Faktla bağlı cinayət işi başlanıb, məhkəmə həbs qərarı verib. V.A. axtarışa verilib.
O, Çex Respublikasında tapılıb və 2023-cü il iyunun 30-da Ermənistana təhvil verilib.
Kriminal avtoritet bir ay müddətinə həbs edilib, istintaq davam edir.
Çexiya axtarışda olan “qanuni oğru”nu Ermənistana ekstradisiya edib
03
iyul
18:41
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı