2023-cü ilin iyun ayı bu cür statistikanın başlanmasından bəri ən isti ay olub.
Report xəbər verir ki, bu barədə Avropa iqlim xidməti “Copernicus”un məlumatında deyilir.
"İyun 1991-2020-ci illərin orta göstəricisini təqribən 0,5°C üstələyərək dünyada ən isti ayı olub. O, həmçinin 2019-cu ilin iyun ayına qədər olan əvvəlki rekordu əhəmiyyətli fərqlə yenib", - məlumatda deyilir.
Qeyd olunur ki, Avropanın cənub-qərbində rekord yüksək temperatur müşahidə olunub. Kanada, ABŞ, Meksika, Asiya və Avstraliyanın şərqində havanın temperaturu normadan xeyli yüksək olub.
Eyni zamanda, ABŞ, Avstraliya və Rusiyanın qərb bölgələrində iyun ayı həmişəkindən bir qədər soyuq keçib.
Həmçinin bildirilir ki, okeanların səthinin temperaturu əvvəlki bütün iyun aylarından daha yüksək olub.
2023-cü ilin iyunu planetin ən isti ayı olub
07
iyul
09:45
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı