“Apple” şirkətinin sentyabrda təqdim edəcəyi “iPhone 15 Pro Max” smartfonlarının qiymətini qaldıracağı ehtimal olunur.
Bu barədə “9to5Mac” saytı məlumat yayıb.
Məlumata görə, yeni flaqmanın qiyməti “iPhone14 Pro Max”dan bahalı olacaq.
Bildirilir ki, yeni cihazın “iPhone 15 Pro”da olmayan unikal xüsusiyyətlərə də sahib olacağı gözlənilir.
“15 Pro Max”ın fərqli xüsusiyyəti yeni böyütmə obyektivi, eləcə də daha təkmilləşdirilmiş kamera sistemi olacaq. 2022-ci ildə buraxılan “iPhone 14 Pro Max” və “14 Pro” modelləri demək olar ki, eyni xüsusiyyətlərə malik idi. Yalnız ekran ölçüsü həmçinin batareya tutumu ilə fərqləniblər.
“Apple” şirkəti “iPhone 15” cihazlarını avqust ayında istehsala buraxacağını açıqlayıb. Şirkət ilin sonuna kimi 84 milyon smartfon buraxmağı planlaşdırır ki, bu da keçən ilin eyni dövründə tədarük edilən “iPhone 14” seriyalı cihazlardan 12 faiz çoxdur.
“Apple” şirkəti bu telefonların qiymətini qaldıracaq
08
iyul
12:12
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı