Xarici KİV xəbər verir ki, Almaniyanın Patriot Hava Hücumundan Müdafiə Sisteminin batareyaları artıq Vilnüs Hava Limanına yerləşdirilib.
Qeyd edək ki, NATO Sammiti iyulun 11-12-də Vilnüsdə, Rusiya sərhədindən təxminən 300 kilometr aralıda keçirildiyi üçün təhlükəsizlik tədbirləri son dərəcə gücləndirilib.
Bundan əlavə, 3000-dən çox Litva əsgəri təhlükəsizliyi qoruyacaq.