Çexiya 2022-ci ildə öz müdafiə xərcləri ilə müqayisədə Ukraynaya ən böyük hərbi yardım donoru olub.
TASS xəbər verir ki, Çexiya Ukraynaya 2,1 milyard dollar və ya hərbi büdcəsinin demək olar ki, yarısını ayırıb.
Bundan əlavə, Latviya və Estoniyanın Kiyevə hərbi yardım həcmi müdafiə büdcəinin, demək olar ki, 40%-nə çatıb. Litva və Polşa üçün bu rəqəm müvafiq olaraq 14,5% və 12% təşkil edib. ABŞ-ın Ukraynaya yardımı öz müdafiə xərclərinin cəmi 2,8%-ni, Böyük Britaniya - 1,4%-ni, Fransa - 1,1%-ni təşkil edib.
Ümumilikdə, 2022-ci ildə Ukraynanın hərbi xərcləri 2021-ci illə müqayisədə 7 dəfə artaraq 43,98 milyard dollar təşkil edib.Hesablamalara görə, bu müddət ərzində NATO üzvləri Ukraynanın hərbi ehtiyaclarını 38,6 milyard dollar maliyyələşdirib ki, bu da alyansın üzvlərinin ümumi hərbi xərclərinin 1,6%-nə bərabərdir.
Bu ölkənin Ukraynaya ayırdığı yardımın məbləği müdafiə büdcəsinin yarısına çatıb
11
iyul
13:27
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı