"Əlbəttə, hələ də həllini tapmamış problemlər var, amma mən açıq şəkildə deyə bilərəm ki, İrəvan sülh gündəmində qətiyyətlidir və sabit sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır".
Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Amerikanın səsi"nə müsahibəsində deyib.
Ermənistanla Azərbaycan arasında sülh danışıqları ilə bağlı sualı cavablandıran Qriqoryan vurğulayıb ki, Qarabağ problemi heç vaxt ərazi problemi olmayıb: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Praktikada belədir. Bizim həyata keçirmək istədiyimiz yeganə müzakirə Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi və hüquqları ilə bağlı aparılan müzakirələrdir. Bu baxımdan hesab edirəm ki, irəliləyiş olarsa, heç bir ərazi problemi olmayıb və olmayacaq".
Qriqoryan Qarabağdakı rus sülhməramlıları ilə bağlı sualı da cavablandırıb: "Rusiya sülhməramlılarına gəlincə, Stepanakertdə (Xankəndi - red.) mövcud olan gözləntilər özünü doğrultmur. Bizim gözləntimiz ondan ibarətdir ki, sülhməramlılar öz missiyasını tam şəkildə yerinə yetirsinlər".
"Qarabağ problemi heç vaxt ərazi problemi olmayıb" - Armen Qriqoryan
12
iyul
11:10
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı