Türk Ordusunun hərbçisi İraqdakı "Pəncə-Kilid" Əməliyyatı Bölgəsində şəhid olub. 
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlayıb. 
Bildirilib ki, tapança qəzası nəticəsində ağır yaralanan Sivasdan olan müqaviləli əsgər Erdem Kavlak müalicə aldığı xəstəxanada dünyasını dəyişib.