Rusiya hökuməti Polşanın Smolensk şəhərindəki konsulluğunu bağlayıb. 
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin təklifi əsasında qərar verilib.
"Polşa Respublikası hökumətinin anti-Rusiya xarakteri daşıyan qeyri-dost hərəkətləri nəticəsində Polşa ərazisindəki Rusiya diplomatik əmlakının qanunsuz olaraq ələ keçirilməsi istiqamətində addımlar atılıb. Rusiyanın Polşadakı diplomatik mövcudluğu əhəmiyyətli dərəcədə azaldılıb", - Rusiya hökumətinin mətbuat xidməti açıqlayıb. скачать dle 12.1