Almaniya 2016-cı ildən bəri ən böyük qaçqın böhranı ilə üzləşib.
Bu barədə “Report”un Avropa bürosunun sorğusunu Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) Mətbuat Xidməti cavablandırıb. BAMF-dan bildirilib ki, bu ilin ilk ayı ərzində federal idarəyə sığınacaq üçün 162 271 nəfər müraciət edib. Onlardan 150 166 nəfəri ilk dəfə sığınacaq üçün müraciət edənlərdir. Bu, keçən ilin eyni rübü ilə müqayisədə 77.5% çoxdur.
Bu ilin ilk altı ayında Almaniyaya illeqal yollarla keçmək istəyən 45 338 nəfər polis tərəfindən saxlanıb. 2022-ci ilin eyni rübündə bu rəqəm 29 174 olub.
Qaçqın axını öz növbəsində kirayə ev bazarına da təsir edib. Şəhər bələdiyyələri hökumətə təklif ediblər ki, idman zalları və asudə vaxt mərkəzləri qaçqın yataqxanasına çevrilsin.
Yeni tədris ilinin başlaması ilə məktəb və uşaq bağçalarında da qaçqınların yerləşdirilməsi prosesində problem yarana bilər. Almaniya Federal Təhsil Nazirliyindən bildirilib ki, hazırda əyalət təhsil nazirlikləri siniflərdəki şagird sıxlığını minimuma endirməyin yollarını axtarır.
Qaçqınların inteqrasiyası ilə məşğul olan kurslar isə, qəbulları dayandırıblar. “Volkshochschule”dən (VHS) “Report”un Avropa bürosuna bildirilib ki, onların federal əyalətlərdəki kurslarında yerlər dolduğundan yeni gələnləri gözləmə siyahısına almaq məcburiyyətində qalıblar. VHS-dən bildirilib ki, təkcə bu ilin ilk rübündə 190 min qaçqın inteqrasiya kursunu tamamlayıb.
Azad Demokrat Partiyasının Bundestaqdakı təmsilçiləri isə təklif ediblər ki, Almaniyaya qaçqın kimi gələn və uzun müddətdir işləmədən ölkədə yaşayanlar məcburi işlərə cəlb olunsunlar. Onlar bu yolla Almaniyanın məruz qaldığı qaçqın böhranından çıxmağın mümkün olduğunu vurğulayıblar.
Almaniya son 7 ilin ən böyük qaçqın böhranı ilə üzləşib
29
iyul
21:48
Qarabağ
KOMMENTLƏR
Azərbaycanlılar Almaniyadan deportasiya edilir
Almanlar ukraynalıları qonaq aparmaq üçün vağzalda gözləyirlər – FOTOLAR
Almaniyada qida satışlarında son 29 ildə ən güclü azalma qeydə alınıb
BMT: Ukraynadan Avropaya 7,6 milyondan çox qaçqın gəlib
Almaniyada axtarışda olan azərbaycanlı Fransada saxlanıldı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı