“Beşinci dəfə Avropa çempionatına qatılacağam. Buna görə çox qürurluyam”.
Bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yuliya Kərimova federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
35 yaşlı libero komandada əhvali-ruhiyyənin yüksək olduğunu bildirib:
“Məşqlərimiz ciddi şəkildə davam edir. Bu il yeni baş məşqçimiz var. O, məşqləri fərqli formada, fərqli taktika ilə keçir. Avropa çempionatına hazırlığımız dörd mərhələdən ibarətdir. Təlim-məşqlərə Azərbaycanda start verdik, sonra Bosniya və Herseqovinaya yollandıq. Ardınca Bakıya qayıtdıq və hazırlığı burada davam etdiririk. Sonuncu mərhələni isə Sloveniyada keçirəcəyik. Oradan da qitə birinciliyində iştirak etmək üçün Almaniyaya gedəcəyik”.
Yuliya Kərimova Avropa çempionatına hazır olduqlarını söyləyib:
“Hazırlıq prosesi çərçivəsində yoxlama oyunları keçiririk. Bu qarşılaşmalar oyunumuzun daha yaxşı alınmasına çox kömək edir. İnanıram ki, Avropa çempionatında uğurlu çıxış edəcəyik. Yarışda komandamızın uğurlu çıxış etməsi üçün həmişəki kimi, əlimdən gələni edəcəyəm”.
Qeyd edək ki, Avropa çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.
Azərbaycan millisinin voleybolçusu: “Beşinci dəfə Avropa çempionatına qatılacağım üçün qürurluyam”
03
avqust
13:35
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı