Afinadakı Nea-Filadelfiya bölgəsində Yunanıstan AEK və Zaqrebin “Dinamo” komandasının azarkeşləri arasında kütləvi dava olub.
“RİA Novsti”yə istinadən xəbər verir ki, dava zamanı bir nəfər ölüb, 8 nəfər yaralanıb.
Hadisə ilə bağlı 96 nəfər həbs edilib.
Zaqreb “Dinamo”sunun azarkeşləri UEFA-nın AEK ilə oyunda iştirakına qadağa qoymasına baxmayaraq, Yunanıstana yollanıb. Məlumata görə, 150-200 nəfərlik mütəşəkkil “Dinamo” azarkeşləri avtomobillə Yunanıstana gəliblər. “Dinamo”nun azarkeşləri “Panatinaikos” azarkeşləri ilə birgə matçı izləyiblər.
Bu zaman azarkeşlər arasında başlayan davada 22 yaşlı gənc çoxsaylı bıçaq zərbələrindən hadisə yerində ölüb. 4 yunan, 4 xorvat isə yaralanıb. Həbs olunanlar arasında 82 xorvat, bir avstriyalı, bir bosniyalı, bir alban, bir alman və iki yunan var.
Yunanıstanda azarkeşlər arasında dava ölümlə nəticələndi - 96 nəfər həbs edildi
08
avqust
14:12
Qarabağ
KOMMENTLƏR
İran çempionatında azarkeşlər arasında toqquşmalar olub
Mahir Emrelinin “Dinamo”da hansı mövqedə oynayacağı bəlli oldu
Moskvada miqrantlar arasında DAVA: 66 nəfər saxlanıldı
Qazaxıstanda azarkeşlər futbol hakimlərinə şüşələr atıblar - FOTO
"Fənərbaxça" - "Zenit" oyununda azarkeşlər arasında kütləvi dava
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı