“Dağlıq Qarabağı əhatə edən bölgələrdən ermənilərin təxliyyəsi başladı. Əşyalar yüklənmiş yüzlərlə maşın Ermənistan sərhədinə doğru hərəkət edir”.
Bu barədə nüfuzlu “Moskovskiy Komsomolets” nəşri yazır. Məqalədə ermənilərin Azərbaycanla barışıq müqaviləsinin şərtlərinə görə Bakıya qaytarmalı olduqları ərazilərdəki evləri necə yandırdıqları barədə sosial şəbəkələrdə videogörüntülərin yayılmasından bəhs edilir: “Videolardan birində IX-XIII əsrlərdə tikilmiş Dadivank monastrının (Alban kilsəsi – red) yaxınlığında bir evin yanması əks olunur. Xaçlar və zənglər bir gün əvvəl oradan götürülüb. Dadivank yaxınlığındakı ərazilərdən başqa, Qarabağın keçmiş “təhlükəsizlik kəməri” Ağdam və Laçın bölgələrindəki evlər də alov içindədir”.
“Moskovskiy Komsomolets” daha sonra yazır: “Erməni yerli hakimiyyət orqanları ehtiyacı olanların hamısını mənzil ilə təmin edə biləcəklərini deyir. Bundan əlavə, 13 noyabrdan etibarən Ermənistanın paytaxtından bütün qaçqınları evlərinə pulsuz daşıyacaq avtobuslar ayrılıb. Hələlik nə qədər insanın Qarabağı tərk etdiyi məlum deyil. Müharibədən əvvəl Qarabağda təxminən 150 min erməninin yaşadığı iddia edilir ki, bunun da təxmini 50 min nəfəri Stepanakertdə idi. Lakin şahidlərin sözlərinə görə, şəhər demək olar ki, boşdur”.
Nəşr Stepanakertdən yenicə qayıdan hərbi zabit Gevorq Stepanyanın “MK”ya şəhərin bir ay yarım atəşə tutulmasından sonra vəziyyəti barədə dediklərini də çap edib:
“Bizi Şuşanı müdafiə etmək üçün göndərdilər. Amma düzünü desəm, praktik olaraq orda heç vaxt mülki insanlarla görüşmədim. Stepanakert isə təxminən 80 faiz boşalıb. Stepanakertdə atəş zamanı bunkerlərdə gizlənən müəyyən sayda insanı gördüm, amma çox az idilər. Vardenisə gedərkən də heç bir mülki şəxs görmədik. Bütün insanlar oradan çoxdan çıxmişdi. “Artsax” (Qarabağ – red) hərbçiləri arasında da yerli sakin azdır. Müdafiə Ordusu həmişə 90 faiz Ermənistan sakinlərindən ibarət olub. Zabitlər də əsasən Ermənistandan idilər. Onların da hər zaman “artsaxlı” (qarabağlı – red) olduğunu bilmişik”.
Şuşanın keçmiş bələdiyyə başçısı Artsvik Sarkisyanın sözlərinə görə isə, şəhərə basqın başlamazdan əvvəl orada yalnız iki mülki şəxs qalıb: 63 yaşlı riyaziyyat müəllimi Artur Qazaryan və onun qonşusu. Onlar isə son dəfə orada noyabrın 5-də görüntülənib. Bundan sonra Azərbaycan Ordusu şəhərə hücuma başladı.
Məqalədə qeyd olunur ki, insanların harada və necə yaşayacaqlarına qərar verməkdə tərəddüdlərinə baxmayaraq, Rusiya sülhməramlıları Qarabağa gəlməyə davam edir. Ermənilər hər yerdə onları özlərinin müdafiəçisi kimi qarşılayır, amma çox gecikdiklərini deyirlər.
“Moskovskiy Komsomolets”: Xənkəndi Azərbaycanla barışıqdan dərhal sonra tərk edilir
14
noyabr
22:15
Qarabağ
KOMMENTLƏR
“Müharibədə həlledici günlər- “Artsax” süqut ərəfəsində” – Rus mediası
“Suriyalı terrorçular” barədə Azərbaycana qarşı yeni informasiya diversiyası
Erməni hərbçiləri Şuşadan Xankəndiyə qaçıblar - Fransanın “Le Monde” qəzeti + Foto
Çeçenistanda Fransa prezidenti “dünyanın bir nömrəli terrorçusu” adlandırıldı
Ermənilər Kəlbəcəri belə tərk edir - Video
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı