Müharibənin ilk günlərindən Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Dağlıq Qarabağda idi.
Bunu "İzvestiya" qəzeti redaksiyasının direktorlar şurasının sədri, "News Media" nəşriyyatının baş direktoru və prezidenti Aram Qabrelyanov “Soloviev Live”ın efirində söyləyib.
“Bu qadın ordudan, hərbdən bir şey başa düşürmü? Bütün heyət iclaslarında oturub dinləyirdi. Bir general ona dedi: "Bura baxın, siz qadınsınız, iclası tərk edin, otaqdan çıxın, bizi burda narahat etməyin". Paşinyan oraya zəng vuraraq Artsaxın prezidentinə belə dedi: “Bu generalı qovun. Həyat yoldaşımla kobud danışıb". Qabrelyanov deyib ki, bu, bir axmaqlıqdır.
Bundan əlavə, Nikol Paşinyan Qarabağdakı hərbi iclasın iştirakçılarına qoşulduqda və Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla keçmiş müdafiə naziri Seyran Ohanyanın orada olduğunu görəndə, görüşün Köçəryan və Ohanyanın “yığıncaqdan kənarlaşdırılmasına” qədər baş tutmayacağını söyləyib. Aram Qabrelyanov, WarGonzo layihəsinin müəllifi, rus jurnalist Semyon Pegovla bağlı başqa bir olay barədə də danışıb.
Nəşriyyatın yazdığına görə, rus jurnalisti Semyon Peqov Robert Köçəryanın Qarabağa gəlişini yazandan 20 dəqiqə sonra Qondarma Dağlıq Qarabağ Prezidentinin mətbuat katibi ona zəng edərək jurnalisti geri göndərdiklərini bəyan ediblər. Buna Peqovun Köçəryanın gəlişinə dair qeydləri səbəb olub.
Anna Akopyanla general arasında nə baş verib? – Paşinyan onu qovdurdu
16
noyabr
09:52
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı