“İnter Mayami” futbol klubunun kapitanı və hücumçusu Lionel Messi dünyanın ən yaxşı müdafiəçisinin adını açıqlayıb.
Xarici medianın xəbərinə görə, argentinalı hesab edir ki, bu, “Tottenhem”in mərkəz müdafiəçisi Kristian Romerodur.

"Düşünürəm ki, Kristian Romero hazırda dünyanın ən yaxşı müdafiəçisidir. O, Ekvadora qarşı çox yaxşı oynadı və fikrimcə, oyunun adamı oldu. Onun müdafiədə olması mənim başıma gələ biləcək ən yaxşı şeydir.
Həmişə məni irəli getməyə təşviq edir, çünki həmişə rəqibi ilə təkbətək oynamaq istəyir. Mən arxaya baxmamağa öyrəşmişəm və bu, hücumameyilli oyunçu üçün çox yaxşıdır”, - Messi bildirib.
Bu mövsüm 25 yaşlı Romero Premyer Liqada 4 oyun keçirib və 2 qol vurub. 
“Transfermarkt” internet portalı futbolçunun dəyərini 60 milyon avro qiymətləndirir.скачать dle 12.1