Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-2024-cü illər üçün gündəlik qlobal neft tələbatı üzrə proqnozunu cüzi artırıb.
"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari il qlobal gündəlik neft tələbatının 102,06 mln. barel səviyyəsində olacağı gözlənilir, bu da öncəki proqnoz göstəricisindən 0,05 mln. barel çoxdur. 2023-cü ildə neft tələbatının artım tempi 2,44 mln. barel olacaq (proqnoz dəyişməyib).
Hesabata əsasən, OPEC gələn il üçün qlobal neft tələbatının 104,31 mln. barel (öncəki proqnoz göstəricisi ilə müqayisədə 0,06 mln. barel artım) səviyyəsində olacağını proqnozlaşdırır, bu da 2023-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 2,25 mln. barel artım deməkdir.
Hesabata əsasən, ötən il qlobal gündəlik neft tələbatı 99,62 mln. barel səviyyəsində olub. Belə ki, 2022-ci ildə neft tələbatının artım tempi 2,44 mln. barel təşkil edib.
Xatırladaq ki, 2021-ci ildə qlobal gündəlik neft tələbatının artım tempi 5,74 mln. barel təşkil edib, qlobal gündəlik neft tələbatı 96,92 mln. barel səviyyəsində olub. 2020-ci ildə qlobal gündəlik neft tələbatı 91,13 mln. barel olub.
OPEC qlobal neft tələbatı üzrə proqnozunu artırıb
12
sentyabr
17:04
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı