"Türkiyə mətbuatının açıqlamasına görə, TBMM-in nəzərdən keçirdiyi sənəd layihəsində Müştərək Mərkəzin (MM) yeri Azərbaycan tərəfindən müəyyən ediləcək. Orada türkiyəli hərbçilərlə yanaşı mülki mütəxəssislər də iştirak edə bilər. İşçi heyətinin sayı Türkiyə prezidenti tərəfindən müəyyən ediləcək. Türkiyə Silahlı Qüvvələrinin xarici ölkələrə göndərilməsi 1 il müddətinə nəzərdə tutulur. Bu müsbət dinamika olsa da bizim gözləntilərimiz cavab vermir".
Bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu sosial şəbəkədə yazıb.
O, Azərbaycana əsgər göndərilməsi haqqında Türkiyə prezidentinin sərəncamının Türkiyə Böyük Millət Məclisinə təqdim edildiyini, Məclisin qərarından sonra Azərbaycanın azad olunmuş ərazilərində atəşkəs rejiminə əməl olunması üzrə Müştərək Mərkəz yaradılacağını, Mərkəzin işində Türkiyə və Rusiyanın birgə iştirak edəcəkləri barədə razılığa gəlinməsini xatırladıb.
Q.İbadoğlu Müştərək Mərkəzin yalnız monitorinq və müşahidə funksiyasına malik olacağını, əsasən fakt toplama misiyasını həyata keçirəcəyini söyləyib:
"Toplanan faktların araşdırılması və pozulmuş faktlar üzrə müvafiq tədbirlərin həyata keçirilməsi mexanizmləri hələ də aydın deyil. Odur ki, Müştərək Mərkəzin fəaliyyətindən gözləntilər yüksək deyil".
Hərəkat rəhbəri hesab edir ki, Türkiyə-Azərbaycan hərbi ittifaqının yaradılmasıma dair saziş imzalanmalı, Türkiyə Milli Müdafiə Nazirliyinin Qarabağda, konkret olaraq Şuşada hərbi bazaları yerləşdirilməlidir:
"Bununla, əlaqədar olaraq Azərbaycan Demokratiya və Rifah Hərəkatının təşəbbüsü ilə hazırlanmış müraciət sabah siyasi partiyalara və ictimai hərəkatlara imzalanmaq üçün təqdim olunacaq".
“Türkiyə hərbi bazası Şuşada yerləşdirilməlidir” - ADR sədri
17
noyabr
10:18
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı