Qarabağ erməniləri oktyabr-dekabr aylarını nəzərdə tutan və Ermənistan hakimiyyəti tərəfindən kəsilən sosial müavinətlərin ödənilməsini tələb etmək üçün bu gün etiraz aksiyası təşkil edəcəklər.
“Hraparak” xəbər verir ki, aksiya iştirakçıları saat 17:00-da hökumətin binası qarşısında toplaşacaqlar.
Onlar qondarma “Artsax”ın “dövlət büdcəsi” hesabına formalaşan sosial müavinətlərin təcili şəkildə ödənilməsini Paşinyan hökumətindən tələb edəcəklər.
Xatırladaq ki, 1 yanvar 2024-cü ildə özünü buraxacaq separatçı qurumun “dövlət büdcəsi”ndə qalan 3,1 milyard dramın (7,6 milyon dollar) ödənilməməsi məsələsi son günlər sosial şəbəkələrin erməni seqmentində rezonans doğurub.
İddialara görə, separatçıların “lider”i Samvel Şahramanyanın İrəvanda keçirdiyi müşavirə Ermənistan hakimiyyəti ilə Qarabağ separatçıları arasındakı münasibətləri daha da gərginləşdirib. S. Şahramanyanın “Artsax” üçün mübarizə aparacağıq” açılqamalarının Paşinyan hökumətinin siyasi düsturuna zidd olduğunu söyləyən bəzi analitiklər məhz bundan sonra hakimiyyətin sıravi Qarabağ erməniləri üçün nəzərdə tutulan sosial müavinətlərin kəsilməsi qərarına gəldiyini qeyd ediblər.
Qarabağ erməniləri bu gün İrəvanda etiraz aksiyası keçirəcək
13
oktyabr
17:08

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat