Rusiya Dövlət Dumasının Sağ Qüvvələr İttifaqından keçmiş deputatı Boris Nadejdin “Vətəndaş Təşəbbüsü” partiyasından prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, o, 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək qərarını açıqlayan ilk namizəd olub.
“Vətəndaş təşəbbüsü” partiyasının siyasi şurasına namizədliyimi irəli sürmək üçün müraciət etmişəm”, - Nadejdin “Vedomosti”yə müsahibəsində deyib. Onun sözlərinə görə, partiyanın lideri Andrey Neçayev həmin xahişi qəbul edib və Nadejdinin namizədliyini təsdiqləyib.
“Bizim güclü filialları olan təxminən iyirmi rayonumuz var. İstənilən halda imzatoplama və təşviqat üçün eyni zamanda qərargahlar yaradılır”, - deyə o, əlavə edib.
Namizədliyi irəli sürmək üçün 100 min imza toplamaq lazımdır. Onun sözlərinə görə, “Vətəndaş Təşəbbüsü” artıq 100 mindən çox əhalisi olan şəhərlərin siyahısını hazırlayıb. O, Qafqazda və yeni bölgələrdə imza toplaymayacağını vurğulayıb.
Qeyd edək ki, Rusiyada növbəti prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib. Seçkiqabağı kampaniyanın 2023-cü ilin dekabrında başlanacağı gözlənilir.
Rusiya prezidentliyinə ilk namizəd o OLDU
31
oktyabr
12:15
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı