Xəbər verdiyimiz kimi , dünən Ankarada Türkiyənin XİN rəhbəri Hakan Fidanla ABŞ dövlət katibi Entoni Blinken arasında keçirilən görüşdən əvvəl maraqlı an yaşanıb. Hakan Fidanın amerikalı həmkarını qarşılaması zamanı Blinken onu qucaqlayaraq görüşmək istəsə də, Türkiyənin XİN rəhbəri bu jestə cavab olaraq həmkarı ilə əllə salamlaşmağa üstünlük verib.
Məlumata görə, “CNN Türk” Hakan Fidanın Blinkenə reaksiyasının səbəbini açıqlayıb.
Məlumata görə, nazirlərin görüşü üçün Blinkenin içərisində olduğu avtomobil Türkiyə Xarici İşlər Nazirliyinin qarşısına gəldikdə hər qarşılamada olduğu kimi Hakan Fidan qonağı qarşılamaq üçün binanın önünə çıxıb. Lakin Blinkenin bu zaman avtomobildə telefonla danışdığı və söhbətini bitirməyərək türkiyəli həmkarını gözlətdiyi bildirilir.
“Blinken avtomobildən enmədiyi üçün Hakan Fidan binaya geri qayıdıb. Diplomatik nəzakətsizlik nümayiş etdirən Blinkeni binanın içərisində qarşılayan Fidan onun görüşmək jestini qəbul etməyib”, - deyə məlumatda qeyd olunub.
Blinken Hakan Fidana hörmətsizlik edib
07
noyabr
11:34
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı