Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin noyabrın 8-də Moskvada keçiriləcək növbəti iclasında iştirak etməyəcək.

Bu barədə Ermənistan Təhlükəsizlik Şurası katibinin mətbuat katibi Tatevik Petrosyan açıqlayıb. 

"Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvaya getməyəcək və MDB-yə üzv dövlətlərin Təhlükəsizlik Şuraları katiblərinin noyabrın 8-də Rusiya Federasiyasının paytaxtı Moskvada keçiriləcək növbəti iclasında iştirak etməyəcək", - Petrosyan bildirib.
скачать dle 12.1