Milli Məcliisn Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri İlkin Məmmədov "Porsche" GTS markalı lüks avtomobilini satmalı olub.
  İ.Məmmədov avtomobilini  onlayn satışla məşğul olan “Turbo.az” saytı vasitəsi ilə avtomobilini 54 min dollara (92 min manata) satışa çıxarıb.  İ. Məmmədov Turbo.az saytındakı elanı öz facebook səhifəsində də paylaşıb.
Milli Məclisin şöbə müdiri  facebookda  yerləşdirdiyi elanda  bunu qeyd edib: "...Bu komplektasiyada eyni avtomobil Azərbaycanda yoxdur!".
Reklamın artıq aktiv olmaması onu göstərir ki, İlkin Məmmədov artıq avtomobilinə müştəri tapa bilib.
Qeyd edək ki, may ayının əvvəlində  İlkin Məmmədov Milli Məclisdə Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.


скачать dle 12.1