Bakının Mərdəkan qəsəbəsində, Köhnə Qoşa Qala restoranın arxasında yerləşən dəbdəbəli imarətlərdən birində asılmış vəziyyətdə kişi meyiti aşkar olunub.
Mayın 5-dən 6-na keçən gecə bu haqda Xəzər Rayon Prokurorluğuna məlumat daxil olub. Dərhal hadisə yerinə istintaq-əməliyyat qrupu göndərilib. Araşdırmalar zamanı məlum olub ki, meyiti asılmış vəziyyətdə aşkar olunan imarətin gözətçisi 1988-ci il təvəllüdlü Ruslan İnqilab oğlu Səmədovdur. İmarət sahibi isə Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevdir. Məlumata görə icra başçı hüquq mühafizə orqanlarına gözətçisinin müəmmalı ölümü ilə bağlı ehtimalların olmadığını deyib.
"Müsavat.com" xəbər verir ki, müəmmalı ölümlə bağlı Baş Prokurorluğun Mətbuat Xidmətin rəhbəri Günay Səlimzadə bildirib ki, intiharla bağlı Xəzər rayon Prokurorluğunda hazırda araşdırma aparılır.
Xidmət rəhbəri hələlik fakta görə cinayət işi başlamadığını qeyd edib.
İcra başçısının imarətində asılmış meyit aşkarlandı
07
may
13:11
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı