Daxili İşlər Nazirliyi (DİN) Baş Mühafizə İdarəsinin canlı qüvvə və texniki vasitələri ilə mühafizə olunan obyektlərin təhlükəsizliyi günün 24 saatı etibarlı şəkildə qorunur.
DİN-dən verilən məlumata görə, bunu sübut edən növbəti hadisə paytaxtın Suraxanı rayonu ərazisində qeydə alınıb.
Yeni Günəşli qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Suraxanı Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən hadisəyə dərhal operativ reaksiya göstərilib.
Əraziyə gələn polislər obyektə baxış keçirən zaman marketə hər hansı bir ziyanın dəymədiyini müəyyən ediblər. Həmin vaxt obyektə bitişik olan qadın gözəllik salonundan isə bir nəfərin məişət əşyaları oğurlayaraq qaçması polis əməkdaşlarının diqqətindən yayınmayıb. Mühafizə polislərinin çevikliyi sayəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ramil Rəfixanov saxlanılaraq Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə təhvil verilib. Həmin şəxs ifadəsində oğurluq etdiyi üçün mühafizə polisləri tərəfindən saxlanıldığını bildirib.
Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi bir daha əhalini əmin edir ki, mühafizə polisinə etibar edən fiziki və hüquqi şəxslərə məxsus bütün mülkiyyət formalarının mühafizəsi etibarlı şəkildə yüksək peşəkarlıqla həyata keçirilir.
Bakıda gözəllik salonundan oğurluq edən şəxs saxlanıldı – VİDEO
21
iyun
19:25
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı