Rusiyanın Novqorod vilayətinin Boroviçi rayon məhkəməsi 43 yaşlı Azərbaycan vətəndaşı Mahir Firuz oğlu Paşayevin işi üzrə hökm çıxarıb. O, mütəşəkkil cinayətkar qrupun tərkibində fəaliyyət göstərərək köməksiz vəziyyətdə olan 2 və daha çox şəxsi öldürməkdə təqsirli bilinib.
Novqorod vilayətinin prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Yelena Qriqoryeva bildirib ki, 2007-ci ilin yanvar ayından iyun ayına qədər Paşayev əlbir olduğu 6 nəfərlə birlikdə mütəşəkkil qruplaşma yaradaraq vətəndaşların mənzilləri üzərində mülkiyyət hüququnu qanunsuz yollarla ələ keçirmək, onların sahiblərini öldürmək üçün cinayət əməlləri törədiblər. Mütəşəkkil qruplaşmanın lideri Paşayevin qohumu olub, Mahir onun adından digər dəstə üzvlərinə göstərişlər verib və cinayət əməliyyatlarının həyata keçirilməsinə nəzarət edib.
İttihama əsasən 2007-ci ildə M.Paşayev Moskva şəhəri, Zelenoqrad inzibati dairəsində yaşayan mənzil sahibinin etibarını qazanıb və onu Novqorod vilayətinə aparıb. Paşayev mənzil sahibini inandırıb ki, onu təbiət qoynunda xoş istirahət gözləyir. Lakin Novqorod vilayətində mənzil sahibini dəstə iştirakçılarından biri qaşılayıb və onu Boroviçi rayonunun Kaçalovo kəndi yaxınlığında öldürüb. Öldürülən şəxsin mənzili daha sonra dəstə üzvləri tərəfindən satılıb.
“2007-ci ilin yanvarından 2008-ci ilin avqustuna qədər dəstə üzvləri daha beş Moskva sakinini Novqorod vilayətində öldürüblər”,-prokuror köməkçisi bildirib.
Təqsirləndirilən şəxs günahını tam boynuna alıb, ona 24.5 il həbs cəzası verilib. Cəzasını ciddi rejimli həbsxanada çəkməlidir. Qalan dəstə üzvlərinin məhkəməsi Moskvada aparılır.
6 nəfəri öldürüb evlərini ələ keçirən Mahir və bandası... - Günahını etiraf etdi
25
iyun
10:56
Qarabağ
KOMMENTLƏR
Hadrutda tutulan erməni terrorçularından daha 26 nəfəri haqda cinayət işi məhkəməyə göndərildi
Bakıda ermənilərdən ibarət silahlı dəstəsinin məhkəməsi BAŞLADI
Bu gün Azərbaycanda döyüşən livanlı terrorçuya hökm oxunacaq
Muzdlu terrorçunun Qarabağa necə gəldiyi məlum oldu
Həbs edilən livanlı muzdlu terrorçudan XƏBƏR VAR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı