Trabzonun Ortahisar mahalının yeni sahil yolunun Liman qovşağında yol qəzası baş verib. Azərbaycan vətəndaşı Səfərov Kənan Yaqub oğlunun idarə etdiyi 99-0C-652 nömrəli TIR liman qovşağına 500 metr qalmış qəzaya uğrayıb. İdarəetməni itirən sürücü baryerlərə çırpılıb. Polis qəza ilə bağlı araşdırmaya başlayıb.