"İştahım yoxdur, saçlarım tökülür deyib həkimə müraciət etdi, cərrahi yolla mədəsindən 2 kq 370 qram daşlaşmış tük topası çıxarıldı. Qeyri adi hadisə ölkəmizdə baş verib. Əməliyyatdan sonra mədəsindən daşlaşmış tük çıxdığını bilən 18 yaşlı qız ilk dəfə həkiminə illərdir saçını yediyini etiraf edib.
Xəzərxəbər xəbər verir ki, görüntülər Bakıdakı xəstəxanaların birində lentə alınıb. Cərrah Fuad Qurbanov 45 dəqiqə davam edən açıq əməliyyat ilə 18 yaşlı qızın mədəsindən 2 kq, 370 qram daşlaşmış tük çıxarıb.
Cərrah deyir ki, xəstə ürək bulanma, iştahsızlıq, kəskin arıqlama və saç tökülməsi şikayəti ilə müraciət edib. Aparılan müayinələr zamanı onun mədəsində 2 törəmə aşkarlanıb.
Əməliyyat zamanı mədəsindən daşlaşmış tük çıxdığını bilən qız, ilk dəfə həqiqətləri həkiminə danışıb.
Həkimin sözlərinə görə, belə xəstələrdə ciddi psixoloji pozğunluq olur. Bu səbəbdən də özünə qapanaraq, belə vərdişlərə yiyələnirlər.
Hazırda sözügedən xəstənin vəziyyəti hər ötən gün daha da normallaşır. Lakin həkim bildirdi ki, növbəti mərhələdə onun psixoloq müayinəsində olması mütləqdir.
Bakıda ŞOK OLAY: 18 yaşlı qızın mədəsindən görün nə çıxdı (VİDEO)
28
oktyabr
11:55
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı