Dekabrın 6-da Beyləqan rayonunun Baharabad kəndində İbrahimcan Muradov intihar edib.
Publika.az-ın məlumatına görə, 1 ay əvvəl yaşla əlaqəli pensiyaya çıxan 65 yaşlı İ.Muradov ailə üzvləri evdə olmayan vaxt saat 10 radələrində özünü güllələyərək öldürüb.
Bildirilib ki, İ.Muradov ikinci evliliyindən olan uşaqları orta məktəbə dərsə göndərib, daha sonra isə onun həyat yoldaşı bazarlıq məqsədilə evdən çıxıb. Bundan sonra, evdə heç kimin olmadığı vaxt 65 yaşlı kişi tüfəngi götürərək özünə atəş açıb və həyatına son qoyub.
Yaxınlarının bildirdiyinə görə, son vaxtlar onun səhhətində problemlər yaranıb və beynində qan dövranı pozulub. Bu səbəbdən İ.Muradov zəifləyib, hərəkət etməsi çətinləşib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Beyləqanda dəhşətli intihar: Uşaqlarını dərsə, yoldaşını bazarlığa göndərib özünü güllələdi
08
dekabr
11:24
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı