Qusar rayon Yuxarı Zeyxur kənd tam orta məktəbinin 8-ci sinif şagirdinin intiharının bəzi detalları məlum olub.
Məktəbin direktoru Hikmət Aağacanov Ölkə.az-a açıqlamasında 14 yaşlı qızın idman dərsi zamanı intihar etdiyini söyləyib:
"Həmin şagird L.O (şərti addır) əvvəllər rayonda başqa bir məktəbdə oxuyub, bizim məktəbə bu ilin sentyabrında gəlib. Hadisə baş verən gün onların sinfində idman dərsi olub Bütün sinif dərs üçün zala gedib. Dərsin bitməsinə 10 dəqiqə qalmış L.O müəllimdən su içmək üçün icazə istəyib. Müəllim razılaşmasa da, qız bir neçə dəfə icazə istəyib. Sonda icazə alan şagird 3-cü mərtəbə öz siniflərinə qalxıb. Həmin vaxtı sinif tamamilə boş olub. Həmin sinfin pəncərəsi müəllimlər otağından görünür.Təşkilatçı müavin həmin şagirdi pəncərənin kandarında oturaraq ayaqları sallanmış vəziyyətdə görüb və L.O-ya içəri keçməsini deyib. Təşkilatçı 3-cü mərtəbəyə qalxana qədər qız özünü aşağı atıb".
Direktorun sözlərinə görə, yeniyetmənin ailəsində problemlər olub: "Qız valideynləri ilə birgə başqa kənddə yaşayır. O bizim məktəbə sonradan bir neçə sinif yoldaşı ilə birgə gəlib. Maraqlandım, sinif yoldaşları deyib ki, L.O-nun ailəvi problemləri olub. Deyilənə görə vaildeyinləri bir neçə dəfə ayrılıb barışıblar. Azyaşlı onun problemlərini heç kimin həll edə bilməyəcəyini deyib".
H.Ağacanov 8-ci sinif şagirdinin internetdə "mavi balina" oyunu oynadığını söyləyib: "Sinif yoldaşları deyir ki, L.O internetdə "mavi balina" adlı oyun oynayırmış. Qız oyunu oynadıqdan sonra rəfiqələrinə özlərini öldürməyi istəyib-istəmədiklərini soruşub, onlara "mən öləndə güləcəksiniz" deyib.
Həmin şagirdə bizim məktəbdə güldən ağır söz deyən olmayıb. Mənim bildiyim, rəfiqələrinin danışdığı səbəblər bunlardır. Hadisəni prokurorluqda da araşdırırlar".
Direktor şagirdin səhhətindən də danışıb: "Ötən gün baş çəkdim. 2 dəfə üzi ediblər, daxili orqanlarında heç bir problem yoxdur. Sağ ayağı sınıb, qabırğaları zədələnib, dabanı əzilib. Bildiyim qədərilə bu gün əməliyyat olunacaq".
14 yaşlı qızın dərs vaxtı intihar etməsinin səbəbi bu imiş - TƏFƏRRÜAT
09
dekabr
15:42
Qarabağ
KOMMENTLƏR
Sumqayıtda müəllim, Oğuzda isə şagird dərs zamanı ÖLÜB
Orta məktəb şagirdini ayaqyolunda rəqs etməyə məcbur etdilər, daha sonra isə...
Məktəbdə Dəhşət! Şagirdi pəncərədən atdılar
Rusiyada yeniyetmə qız məktəbdə atəş açıb, 2 nəfər ölüb, 5 nəfər yaralanıb - YENİLƏNİB-2
Direktor şagirdlər arasında baş verən bıçaqlanmadan DANIŞDI - YENİLƏNİB
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı