1000 manatdan çox cərimə borcu olan vətəndaş özünü yandırıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, bu gün günorta saatlarında 1070 manat cərimə borcu olduğuna görə avtomobili duracağa yerləşdirilən paytaxt sakini Azər Səfərov Bakı şəhər DYPİ-yə gələrək əməkdaşlardan avtomobilinin təcili buraxılmasını tələb edib:
“Ona izah olunub ki, yalnız cəriməni ödədikdən sonra avtomobil buraxılacaq. Sürücü bundan əsəbiləşərək, polis əməkdaşlarını təhqir edib, “görün başınıza nə oyun açacam?!” dedikdən sonra üzərində olan benzinlə özünü yandırmağa cəhd edib.
Yaxınlıqda olan polis əməkdaşları və digər şəxslər tərəfindən cəhdin qarşısı alınıb. Ayağından yüngül yanıq xəsarəti alan sürücüyə ilkin tibbi yardım göstərilib”.
DİN-dən qeyd edilib ki, hazırda Yasamal RPİ-nin 28-ci Polis Bölməsində araşdırma aparılır:
“Qeyd edək ki, sürücü - 31 yaşlı A.Səfərov əvvəllər qəsdən bədənə ağır xəsarət yetirdiyinə və adam öldürməyə cəhdə görə məhkumluq həyatı yaşayıb”.
Maşını cərimə meydançasına aparılan şəxs özünü polis şöbəsində yandırdı
16
dekabr
17:07
Qarabağ
KOMMENTLƏR
İcra hakimiyyətinin qarşısında özünü yandırdı - Goranboyda intihara cəhd
Vətən müharibəsi iştirakçısı özünü yandırmaq istədi -YENİLƏNİB
Arvadı boşandığı üçün özünü yandırmaq istədi
Ucar xəstəxanasının qarşısında intihara cəhdin qarşısı alınıb
Sevgilisinə görə özünü polis bölməsinin önündə yandırdı - Bakıda insident
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı