Abşeronun Masazır qəsəbəsində ağır yol qəzası baş verib.
Hadisə Əliağa Vahid küçəsində qeydə alınıb. Rza Məmmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olub. O, sükana nəzarəti itirərək nəqliyyat vasitəsini əvvəlcə rabitə qovşağına, daha sonra işıqfora çırpıb. İşıqfor və rabitə qovşağı sıradan çıxaraq yararsız hala düşüb.
İdarəetmədən çıxan avtomobil isə aşıb. Qəza nəticəsində sürücü R.Məmmədov və sərnişin Elmir Həsənli ağır xəsarət alaraq avtomobilin salonunda sıxışıb qalıb. Əraziyə gələn FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hər iki yaralını xüsusi texnika ilə salondan çıxararaq Təcili Tibbi Yardım Xidmətinə təhvil verib.Məlum olub ki, R.Məmmədovun çiyni sınıb, sərnişində isə aldığı zərbələrdən daxili qanaxma olub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, R.Məmmədov və E.Həsənli polis serjantlarıdır. Hər ikisi Abşeron Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarıdır.
Masazırda polis əməkdaşı qəza törətdi
20
yanvar
12:07
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı