DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib ki, sözügedən məsələ ilə bağlı fevral ayının 5-də azyaşlı qızın anası, Masallı rayonunun Ərəb kəndinin sakini Ə.D. Masallı RPŞ-yə müraciət edib. Dərhal müvafiq araşdırmalara başlanılıb.
Təyin olunmuş məhkəmə-tibb, məhkəmə-psixoloji ekspertizaların rəyi, aparılan araşdırmanın nəticəsində fakt təsdiqini tapmayıb və cinayət əməlinin törədilməsini təsdiq edən xüsusatlar müəyyən edilməyib. Bundan başqa qonşuluqda yaşayan tərəflər arasında gələcəkdə baş verə biləcək hər hansı bir qanunazidd hərəkətlərin qarşısının alınması məqsədilə həmin şəxslər münaqişəli ailə kimi qeydiyyata götürülüb.
***
16:42
Sosial şəbəkələrdə Masalı rayonunun Ərəb kəndində 12 yaşlı qızın 60 yaşlı qonşusu tərəfindən zorlandığı iddia olunurdu.
Masallı rayon icra hakimiyyətinin ərazi üzrə icra nümayəndəsi Məhəmməd Yusifov açıqlamasında bildirib ki, sözügedən iş Masallı rayon polis şöbəsində araşdırılıb:
“Məsələ polis tərəfindən araşdırıldı və fakt təsdiqini tapmayıb. Həmin iş artıq bağlanıb. 12 yaşlı qızı zorladığı iddia edilən 60 yaşlı kişi isə kənddə dindar insan kimi tanınır, özü də kərbəlayidir. Onun belə bir addım atması heç inandırıcı görünmürdü. Sadəcə olaraq onların qonşuluqda problemləri olub. Buna görə də görünür ki, belə bir məsələni ortaya atıblar”.
***
16:05
Masalı rayonunun Ərəb kəndində 12 yaşlı qız 60 yaşlı qonşusu tərəfindən zorlanıb.
Bu barədə aparıcı Elgiz Əkbər sosial şəbəkə hesabında məlumat paylaşıb.
Bildirilir ki, 60 yaşlı kişi azyaşlının anasının evdə olmamağından istifadə edərək ona iki dəfə təcavüz edib.
Masallıda 12 yaşlı qız zorlanıb? - DİN-dən AÇIQLAMA (YENİLƏNİB-1)
18
aprel
17:42
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı