Hadisə şəhərin giriş hissəsində baş verib.
Qəza zamanı yük maşını ilə motosiklet toqquşub. İlkin məlumata görə, motosiklet yolun əks istiqamətinə keçərək qəza şəraiti yaradıb. Hadisə zamanı ağır xəsarət alan motosiklet sürücüsü Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Fakla bağlı araşdırma aparılır.

