Gəncədə qadın körpəsini imkansız ailəyə verərək, "uşağa bax, pulunu verəcəyəm" deyib və bundan sonra yoxa çıxıb.
Bu barədə Oxu.Az-a məlumat verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə qeyd edib ki, problem "Səni axtarıram" proqramında yayımlanıb.
O bildirib ki, uşaq proqram əməkdaşları tərəfindən efirə gətirilib və balacanın anası axtarılır.
K.Ağazadə proqram boyu daha dəhşətli iddiaların ortaya çıxdığını da deyib:
"Ən acınacaqlı hallardan biri gələn zənglər arasında axtarılan "ananın" bu uşaqdan başqa daha 2 uşağının olduğu, onlara da nənə-babanın baxdığıdır. Körpəni aktlaşdırıb Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə gətirdik. Dərhal həkim dəvət etdik. İlkin müalicələr yazılıb. Uşağın anası Əliyeva Nərgiz Cumalı qızıdır. Belə anaya uşaq verilməməlidir! Səbəbi nə olursa olsun! Daha bir arzuolunmaz uşaq, daha bir sevgisiz uşaq. Biz onu sevgi ilə böyüdəcəyik.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gəncə Şəhər İcra Hakimiyyəti də məlumatlıdır. Yasamal Rayon Polis Şöbəsinin 28-ci Polis Bölməsinə məlumat verilsə də, aktlaşdırmaq üçün ARB kanalına gəlməkdən imtina edildi".
K.Ağazadə onu qeyd edib ki, ana uşağı verəndə özünü hakim köməkçisi kimi təqdim edib və pulunu verəcəyini deyib:
"Aprelin 11-dən uşağı verib və daha yaxın durmayıb. Bu halların qarşısını almaq üçün bu "anaları" tapıb səhvlərini üzlərinə vurmaq lazımdır. Hətta alimentin alınması məsələsinə də baxılmalıdır. Bəlkə, o zaman bütün bu problemlər azalar. Dünəndən artıq uşaq bizim yanımızdadır".
Gəncədə DƏHŞƏT: Ana uşağını imkansız ailəyə verib yoxa çıxdı - VİDEO
19
aprel
12:26
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı