Bakıda alimentə görə qayınatasını öldürən şəxs 18 il azadlıqdan məhrum edilib.
2018-сi il aprelin 21-də daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsinin əməkdaşları Maştağa qəsəbəsində üzərində zorakılıq əlamətləri olan qəsəbə sakini Hətəm Şabanovun meyitini aşkar ediblər. Aparılan araşdırma nəticəsində cinayəti mərhumun keçmiş kürəkəni Samir Şabanovun törətdiyi məlum olub.
İstintaqla müəyyən edilib ki, S.Şabanov keçmiş qayınatası H.Şabanovu qisas almaq niyyəti ilə öldürüb. O, ailəsinin dağılmasında və aliment verməyə məcbur edilməsində H.Şabanovu günahkar bilib.
S.Şabanov cinayəti xüsusi amansızlıqla törədib. O, evindən götürdüyü dəyənəyi gödəkcəsinin altında, bıçağı isə cibində gizlədərək H.Şabanovun yaşadığı mənzilə yollanıb. Aralarında mübahisə yaranıb və nəticədə cinayət hadisəsi baş verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Şabanov 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.(oxu.az)
Alimentə görə keçmiş qayınatasını öldürən şəxsə hökm oxundu - Video
02
sentyabr
11:06
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı