Bakıda tanışını hədələyərək ondan pul tələb edən qadına hökm oxunub.
Hadisə ötən ilin avqust ayında Yasamal rayonunda baş verib. Belə ki, həmin ilin iyulunda Ağ Şəhər bulvarında paytaxt sakini Camal Xəlilov (adlar və soyadlar şərtidir) Goranboy rayon sakini, 1989-cu il təvəllüdlü Gültən Qəmbərova ilə tanış olub. Bundan bir neçə gün sonra onlar görüşüblər və birgə qalıblar. Növbəti gün isə Camal avtomobili ilə Gültəni qəsəbələrin birində yerləşən evinə qədər ötürüb.
Məhkəmə araşdırması zamanı məlum olub ki, həmin görüşdən sonra Camalın onunla əlaqə saxlamadığını görən qadın kişini hədələyərək pul tələb edib. Əvvəlcə Camaldan evi üçün sərinkeş almasını istəyən Gültən daha sonra 500 manat tələb edib. Əks təqdirdə o, Camalın intim görüntülərini yayacağını bildirirək onu rüsvay edəcəyini deyib.
Bundan sonra Camal Gültənlə görüşərək ona 300 manat pul verib. Qadının şantajlarının davam etdiyini görən şəxs sonda onun barəsində polisə şikayət edib.
Gültən Qəmbərova barəsində Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə qorxu ilə tələb etmə) maddəsi ilə açılan işə rayon məhkəməsində baxılıb. Bu il mayın 6-da iş üzrə məhkəmə prosesi başa çatıb. Yasamal Rayon Məhkəməsinin hökmü ilə 2 uşaq anası olan Gültən Qəmbərovaya 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzası 1 il sınaq müddəti təyin edilməklə şərti hesab edilib.
Bakıda qadın kişini intim görüntüləri ilə şantaj edib
16
may
16:54
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı