Bakıda əcnəbi vətəndaşlara qarşı dələduzluq edən şəxsin görüntüləri yayılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində xarici ölkə vətəndaşlarının etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan əvvəllər məhkum olunmuş Aydın Qambayev saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs özünü xaricə müxtəlif təyinatlı məhsullar ixrac edən iş adamı kimi təqdim edib.
Aydın Qambayev Bakı şəhərində olan və beynəlxalq yükdaşıma ilə məşğul olan müxtəlif xarici ölkə vətəndaşları olan "TIR" sürücülərini guya onların avtomobilləri ilə yük göndərəcəyi adı altında aldadaraq zərərçəkənlərin pullarını ələ keçirib. Bu müddət ərzində Aydın Qambayev 20-ə yaxın "TIR" sürücüsünü dələduzluq yolu ilə aldadıb.
Faktlarla bağlı saxlanılan şəxs barəsində 29-cu Polis Şöbəsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Aydın Qambayevin digər cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
"Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər", - məlumatda qeyd edilib.
Əcnəbilərə qarşı dələduzluq edən şəxs saxlanıldı - VİDEO
23
may
20:11
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı