Gəncədə 38 yaşlı qadın keçmiş qayınanasına xəsarət yetirib.
Hadisə şəhərin Atatürk prospektində yerləşən Gəncə Apellyasiya Məhkəməsində baş verib.
Məlum olub ki, Gəncənin Kəpəz rayon sakinləri olan Sevil Qənbərova (ad və soyad şərtidir) 2001-ci ildə həmyerlisi İkramla ailə həyatı qurub və onların 4 övladı olub. Lakin cütlük 2018-cu ildə boşanıb. Həmin vaxt məhkəmə uşaqların 4-nün də atasında qalmasına qərar verib. Daha sonra Sevil Apellyasiya Məhkəməsinə üz tutub. Lakin Gəncə Apellyasiya Məhkəməsi də uşaqların da rəyini nəzərə alaraq onların ataları ilə qalmasına qərar verib.
Bundan sonra Sevil Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə şikayəti təmin edib və işi yenidən Gəncə Apellyasiya Məhkəməsinə qaytarıb. Bu dəfə apellyasiya instansiyası uşaqlardan ikisinin anasına verilməsinə qərar verib. Həmin vaxt məhkəmənin gözləmə zalında Sevil və bacısı ilə onun keçmiş qayınanası arasında münaqişə baş verib. Sevilin övladlarının atasında qalmaq istəməsi, nənələrinin tərəfini tutmaları onu daha da özündən çıxarıb. O, keçmiş qayınanasına hücum edərək ona təpiklə zərbə endirib, həmçinin barmaqlarını onun barmaqlarına keçirərək 3 barmağını sındırıb və əlindəki "Redmi 7” markalı telefonla yaşlı qadının başına və qarnına zərbələr endirərək ona xəsarətlər yetirib.
Gəlinin qayınanasına xəsarətlər yetirməsinə görə Gəncənin Nizami rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə iş açılıb və cinayət işinin materialları rayon Məhkəməsinə göndərilib. Münaqişəli şəxslər bu dəfə döyülmə faktına görə məhkəmədə üz-üzə gəliblər.
Məhkəmədə döyülən qadın keçmiş gəlininin həbs edilməsini tələb edib. Şahid kimi çıxış edən təqsirləndirilən şəxsin övladları da analarının əleyhinə ifadə verib.
Nizami rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə 38 yaşlı Sevil Qənbərovaya həbs olunmasa da, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron nəzarət cihazı olan qolbaq taxılıb./Qafqazinfo
Gəlin keçmiş qayınanasının barmaqlarını sındırıb
25
may
14:17
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı