Bir neçə gün əvvəl Abşeronda baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.
Qafqazinfo xəbər verir ki, ilkin araşdırmalar zamanı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 1988-ci il təvəllüdlü Rimma Tarıverdiyevanın həyat yoldaşı 1984-cü il təvəllüdlü Qaçay Şahməmmədov tərəfindən 22 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub.
Bəlli olub ki, hadisədən bir neçə gün əvvəl onlar birlikdə istirahətə gediblər. Ümumilikdə isə bir-biri ilə sevib evlənən cütlüyün arasında ciddi problemin olması barədə qohumlarının məlumatı olmayıb.
2 övladı olan ailədə qətl hadisəsinin qəfil yaranmış söz-söhbət nəticəsində qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. Belə ki, Q.Şahməmmədov ifadəsində həyat yoldaşını çox sevdiyini, onu öldürməklə bağlı əvvəldən hər hansı fikrinin olmadığını bildirib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qaçay Şahməmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
İstirahətdən qayıdandan sonra xanımını 22 bıçaq zərbəsi ilə öldürüb
03
iyun
17:41
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı