Qubada atasını baltalayaraq öldürən şəxsə hökm oxunub.
2021-ci ilin iyunun 9-da baş verən cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Məhkəmə prosesində məlum olub ki, Qubanın Sofikənd kəndində yaşayan 1996-cı il təvəllüdlü Rəvan Sadıq oğlu Ramazanovla atası 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanov arasında mübahisə yaranıb. Qafqazinfo-nun məlumatına görə, mübahisə atanın oğlunun atını ağacla döyməsi üstündə baş verib.
Belə ki, Rəvan atası tərəfindən atının ağacla döyüldüyünü görüb və ona atı vurmamasını, heyvanın əziyyət çəkdiyini deyib. Atası isə oğlunun sözünə məhəl qoymayaraq ata zərbə endirməyə davam edib. Rəvan atasının əməlindən əsəbiləşərək evə keçib. Bu zaman Sadıq Ramazanov evə gələrək oğlundan özünü kimə göstərdiyini soruşub və onu ağır söyüşlərlə təhqir edib. Bu zaman Sadıq həyat yoldaşını da şillə ilə vurub. Mübahisənin böyüməməsi üçün Rəvan evdən həyətə çıxıb. Lakin atası oğlunun arxasında çıxaraq mübahisəni davam etdirib və həyətdə olan baltanı Rəvana tərəf atıb. Zərbədən yayınan Rəvan yerdən götürdüyü həmin balta ilə atasına üç zərbə endirərək onu qətlə yetirib.
Rəvan ifadəsində atasının mütəmadi olaraq spirtli içki qəbul etdiyini, evdə tez-tez dava saldığını bildirib. O, atasını öldürmək fikrindən uzaq olduğunu bildirib.
Rəvan Ramazanov hadisədən sonra könüllü olaraq polisə təslim olub.
Məhkəmə R.Ramazanovu Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (Qəsdən adan öldürmə) ilə təqsirli bilərək ona 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verib. Həmçinin cəzasının ciddi rejimli müəssisədə çəkməsinə hökm edilib.
Azərbaycanda oğul ata görə atasını baltaladı
07
iyun
11:26
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı