“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Bakıdan İstanbula səyahət edən əcnəbi bir şəxs şübhəli olaraq qiymətləndirilib və o, müşahidə altına alınıb.
Sözügedən şəxsin şübhəli hərəkətlər etdiyi və Meksika-İstanbul uçuşuna aid başqa bir sərnişinin çemodanını götürdüyü məlum olub. Bunun ardınca, həmin şəxsin çantalarında axtarış aparılıb və nəticədə əcnəbi şəxsin yükündən 30 kiloqram kokain aşkar olunub.
