Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildiirlib ki, vətəndaşlardan daxil olan müraciətlər əsasında Baş Cinayət Axtarış İdarəsi və Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edərək onlara külli miqdarda ziyan vuran Bakı şəhər sakini Şəlalə İsmayılova saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Şəlalə İsmayılova işə düzəltmə, sosial yardım və pensiya təyin etdirmə vədləri ilə ümumilikdə 10 nəfəri aldadaraq onların 30 min manata yaxın pulunu mənimsəyib. Saxlanılan şəxs əməlini etiraf edib və təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
"Şəlalə İsmayılovanın respublikanın digər şəhər və rayonlarında da analoji cinayətlər törətdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, DİN-in "102” Xidməti Zəng Mərkəzinə, Mingəçevir Şəhər Polis Şöbəsinə, eləcə də aidiyyəti üzrə ərazi polis orqanlarına müraciət edə bilərlər", -məlumatda qeyd edilib.
Mingəçevirdə qadın vətəndaşlara qarşı 30 min manata yaxın dələduzluq edib
13
iyun
22:51
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı