Bakıda 2 yaşlı uşaq 7-ci mərtəbədən yıxılıb. Həmin an ana da orada olub və hadisəyə müdaxilə etməyə çalışıb.
Xəzər TV xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 116 ünvanında qeydə alınıb.
Şahidlərin sözlərinə görə, uşaq 7-ci mərtəbədəki mənzilin pəncərəsindən 6-cı mərtəbədəki mənzilin eyvanına düşüb. 6-cı mərtəbədə yerləşən mənzildə isə yaşayış olmayıb.
Binanın 7-ci mərtəbəsində yaşayan 27 yaşlı Rövşanə Umalatova və oğlu 2 yaşlı Tamerlan Umalatov dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.
Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu "Xəzər Xəbər"ə bildirdi ki, hər iki şəxsə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur. Körpədə ümumi səthi travmalar aşkarlanıb. O, dərhal ultrasəs müayinəsi edilib və hər hansı daxili zədələr aşkarlanmayıb. Anada isə müəyyən əzik və kiçik travmalar müşahidə olunub.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bakıda ana övladına görə özünü 7-ci mərtəbədən atdı - Ətraflı VİDEOda
21
iyun
15:53
Qarabağ
KOMMENTLƏR
Bakıda körpə 7-ci mərtəbədən yıxıldı - Anası özünü övladının ardınca atdı
Bakıda özünü 4-cü mərtəbədən atan 16 yaşlı qız xəstəxanada ölüb
Özünü 4-cü mərtəbədən yerə atan 16 yaşlı qızın SON DURUMU - YENİLƏNİB
Bakıda 65 yaşlı kişi özünü 9-cu mərtəbədən atdı
Lənkəranda 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı