Bakıda tanınmış ginekoloqun intiharı ilə bağlı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Məlumata görə, iyunun 27-də saat 17 radələrində 1984-cü il təvəllüdlü Xalidə Kəngərlinin paytaxtın Yasamal rayonu ərazisində yerləşən binanın 10-cu mərtəbəsində yaşadığı mənzilin eyvanından özünü ataraq öldürməsi faktı ilə bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
xxx
16:58
Bakıda özünü yaşadığı binanın 11-ci mərtəbəsindən ataraq öldürən tanınmış həkim Xalidə Kəngərlinin intiharı barədə yeni detallar məlum olub.
Oxu.az xəbər verir ki, ginekoloq-həkim X.Kəngərlinin həyat yoldaşının psixoloji problemləri olub. O, 10 ilə yaxındır ki, evdə qapalı şəraitdə qalırmış. Evin bütün yükü həkimin çiyinlərində imiş.
X.Kəngərlinin iki övladı var. Onu tanıyanlar pozitiv, həyat dolu olduğunu və intihar etməsinə inanmadıqlarını bildiriblər.
Qonşuların dediyinə görə, hadisədən sonra həkimin iki qardaşı onun həyat yoldaşını döyüb.
Həkim bu gün dəfn olunub.
***
11:57
Bakıda dəhşətli intihar hadisəsi baş verib.
"Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18 radələrində tanınmış həkimin yaşadığı Yasamal rayonu İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada baş verib. 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, mərhum iki uşaq anası idi.
Məşhur həkimin intiharı ilə bağlı cinayət işi BAŞLANDI- YENİLƏNİB
28
iyun
18:39
Qarabağ
KOMMENTLƏR
Məşhur həkimin intiharı ilə bağlı yeni DETALLAR - YENİLƏNİB
18 yaşlı qızın intiharı ilə bağlı RƏSMİ AÇIQLAMA
Sevil Atakişiyevanın intiharı ilə bağlı cinayət işi başlanıldı
27 yaşlı müəllimin intiharı ilə bağlı cinayət işi başlanıldı
Dəhşətli intihar: Bakıda məşhur həkim özünü 11-ci mərtəbədən atdı - FOTO
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı