Ədliyyə nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Rauf Əliabbas oğlu İbrahimovla görüşə gəlmiş qardaşı Bakı şəhər sakini Rafiq Əliabbas oğlu İbrahimovun üzərinə və əşyalarına baxış keçirilən zaman əynindəki şalvarın yan cibində gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 1,178 qram narkotik maddə - tiryək aşkar edilib.
Daha sonra Ədliyyə nazirliyi Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin, Bakı istintaq təcridxanasının əməliyyat aparatının və Sabunçu Rayon Polis idarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində vətəndaş R.Ə.İbrahimovun yaşadığı Bakı şərəri, Yasamal rayon ərazisində yerləşən evində axtarış aparılan zaman orada gizlədilmiş 33 ədəd narkotik tərkibli dərman preparatı və ümumi çəkisi 37 qram müxtəlif növlü narkotik vasitələr aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Türmədəki qardaşına narkotik keçirmək istədi
01
noyabr
10:36
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı