Bu barədə Baku.ws-in “qaynar xətt”inə məlumat daxil olub.
Məlumata görə, hadisə “28 May” metro stansiyasının yaxınlığındakı mağazada qeydə alınıb.
Belə ki, mağazaya daxil olan şəxs özünü fiber-optik xətt çəkən internet mütəxəssisi kimi təqdim edib. Hətta mağaza nümayəndələrinə İP ünvan da verib və bununla sürətli internetdən istifadə edəcəklərini bildirib.

Bundan sonra şəxs qalıq pulu vermək üçün çöldə onu xırdalamağa çıxıb. Lakin bir daha geri qayıtmayıb.
Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib, araşdırma aparılır.
