Bu il iyulun 12-də Masallı rayonu ərazisində xidməti vəzifələrini icra edən Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sürücüsü Famil Seyfullayevə qarşı zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə Masallı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Rayon prokurorluğundan verilən məlumata görə, istintaqla ölkə ərazisində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar elan edilmiş xüsusi karantin rejimi dövründə rayon sakini Vaqif İsmayılovun karantin rejimi qaydalarına əməl etməyərək maskasız halda rayon ərazisində hərəkət etməsinə öz iradını bildirən Masallı rayonunda mövcud karantin rejminin tələblərinə nəzarət edilməsi məqsədilə xidmətdə olan Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sürücüsü vəzifəsində işləyən Famil Seyfullayevə zor tətbiq etməklə müqavimət göstərib yumruqla sonuncunun üz nahiyəsinə bir neçə zərbə vurmasına əsaslı şübhələr müəyyən edilib.
Vaqif İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Masallı Rayon Məhkəməsinə göndərilib.
Nazirliyin sürücüsünə zor tətbiq edən şəxs həbs edildi
19
sentyabr
13:48
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı