Bakının Maştağa qəsəbəsində ər-arvadın ölümü ilə bağlı bir sıra faktlar ortaya çıxıb.
Lent.az-ın əldə etdiyi xəbərə görə, 52 yaşlı Ələsgərov Elxan Qəzənfər oğlu və onun arvadı 45 yaşlı Əsədova Mahidə Mirzə qızının meyitləri Sabunçu rayonu, Maştağa-Zabrat şossesinin sağında kirayədə qaldıqları evin qonaq otağında aşkarlanıb. Hər ikisinin üzərində kəsilmiş-deşilmiş xəsarətlər müəyyən edilib.
Məlumata görə, əvvəlcə Elxan Ələsgərov arvadı Mahidənin boğazını kəsib. Daha sonra divanda oturaraq biləklərini və dirsəyin qatlanan yerlərini doğrayıb. Elxanın meyiti elə divanda oturaq halda aşkar edilib. Mahidənin cəsədi isə divanın arxasında uzanıqlı halda tapılıb.
Hadisənin hansı səbəbdən baş verməsi isə hələ ki, məlum deyil.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.
Bakıda kişi arvadının boğazını kəsib özünü doğradı - ŞOK DETALLAR
30
dekabr
16:56

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat