DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən rayon sakinləri Rəhman Səfərov və Şahmar Rəsulov saxlanılıblar. Araşdırmalarla R.Səfərov pul və qızıl zinət əşyaları, Ş.Rəsulovun isə iribuynuzlu mal-qara oğurlayaraq vətəndaşlara maddi ziyan vurduqları müəyyən olunub.
Faktlarla bağlı istintaq davam etdirilir.