Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində paytaxtın müxtəlif rayonlarında yol infrastrukturuna külli miqdarda ziyan vurmaqla oğurluq edən dəstə üzvləri zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yol kənarlarında quraşdırılan yağış və qurund sularının axıdılması üçün nəzərdə tutulan ötürücü barmaqlıqların naməlum şəxslər tərəfindən oğurlanması barədə müvafiq təşkilatlardan daxil olan çoxsaylı şikayətlər əsasında 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Şahmalı Əzimov və qardaşı Nizami tutulublar. Şöbədə araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər oğurladıqları dəmir qurğuları metal qəbulu ilə məşğul olan Niyazı adlı şəxsə satıblar. Əməliyyat zamanı su ötürücü barmaqlıqları oğurluq olduğunu bilə-bilə alan paytaxt sakini Niyazi Fərəcov da saxlanılıb. Bu şəxslərin yaşadıqları ünvanlara və işlədikləri yerlərə baxış zamanı oğurlanan su ötürücü barmaqlıqların bir hissəsi aşkar olunub maddi sübut kimi götürülərək Polis Şöbəsinə gətirilib.
Qeyd olunan faktlarla bağlı cinayət işinin istintaqının aparılması üçün toplanan materiallar Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib. Araşdırma zamanı Şahmalı və Nizami Əzimovların paytaxtın müxtəlif nöqtələrindən 90 ədəd su ötürücü qurğular oğurladığı və ümumilikdə yol infrastrukturuna 12 min manata yaxın maddi ziyan vurduqları məlum olub.
Bu şəxslərin digər qanunsuz əməllərindən zərərçəkən vətəndaşlar varsa Bakı şəhər Baş Polis İdarəsinə, Xətai RPİ-nin 37-Polis Şöbəsinə, eləcə də ərazi üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər.
Su ötürücü barmaqlıq oğurlayan dəstə üzvləri saxlanılıb - Fotolar
03
noyabr
12:18
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı